Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Əmtəə birjasının təsis edilməsi və dövlət qeydiyyatı

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Birja hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılır və müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçməlidir. Birjanın təsisçiləri eyni zamanda onun üzvləri sayılır.

2. Dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar, eləcə də bu Qanunun 11-ci maddəsinin 2-ci bəndində göstərilən hüquqi və fiziki şəxslər birjanın təsisçisi ola bilməzlər.

3. Birja təsisçilər tərəfindən bağlanmış təsis müqaviləsinə əsasən yaradılır.

4. Birjanın hər bir təsisçisinin payı onun nizamnamə fondunun 20 faizindən çox olmamalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver