Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Birja ticarətinin təşkili üçün lisenziya

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikası ərazisində birja ticarətinin təşkili müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada verilən lisenziya əsasında həyata keçirilir.

3. Birja ticarətinin təşkili üçün lisenziya birjaya onun təsis sənədlərinin və birja ticarəti qaydalarının bu Qanuna və Azərbaycan Respublikasının digər. qanunvericilik aktlarına uyğun olduğu müəyyənləşdirildikdən sonra, habelə sənədləri lazımi qaydada rəsmiləşdirib ərizə təqdim edildiyi kündən 15 gün müddətində verilir.

4. Birjanın təsis sənədlərinin və birja ticarəti qaydalarının bu Qanunun tələblərinə uyğun gəlmədiyi hallarda ona lisenziya verilməkdən imtina edilir.

6. Birja lisenziyasının verilməməsi, ləğv edilməsi, yaxud qüvvəsinin dayandırılması barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

7. Lisenziyanın verilməsi, ləğv edilməsi və qüvvəsinin dayandırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver