Qanunvericilik › Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Geniş tanınmış əmtəə nişanlarına hüquqi mühafizənin verilməsi

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əmtəə nişanının geniş tanınmasına dair ərizə bir əmtəə nişanına aid edilir və dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənədlə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına təqdim olunur.

Əmtəə nişanının geniş tanınmasına, ona hüquqi mühafizə verilməsinə dair qərar bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”na uyğun olaraq qəbul edilir.

Əmtəə nişanının geniş tanınmasına dair qərar bir ay müddətində “Geniş tanınmış əmtəə nişanlarının Dövlət reyestri”ndə qeydiyyata alınır, geniş tanınmış əmtəə nişanına dair şəhadətnamə verilir və bu barədə məlumat təxirə salınmadan rəsmi bülletendə dərc edilir və digər informasiya vasitələrində yayımlanır.

Geniş tanınmış əmtəə nişanının hüquqi mühafizəsinə məhdudiyyət qoyulmur.

Apellyasiya şurasının qərarından onun alındığı gündən 3 ay müddətində məhkəmə qaydasında şikayət verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver