Qanunvericilik › Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının qüvvədə olma müddəti

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər.

Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün əmtəə nişanının sahibinə əlavə haqq ödəmək şərti ilə 6 ay möhlət verilir.

Qeydiyyat müddətinin uzadılmasına dair məlumat reyestrə və şəhadətnaməyə daxil edilir və rəsmi bülletendə dərc olunur.

Coğrafi göstərici coğrafi obyektin şərtlərinə uyğun olan xüsusi keyfiyyəti və ya əsas xassələrini özündə saxlamaqla, əmtəənin istehsalı müddətində mühafizə olunur.

Coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamə, iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən 10 il qüvvədə olur. Şəhadətnamənin qüvvədə olma müddəti, onun qüvvədə olma müddətinin axırıncı ilində sahibinin ərizəsi əsasında haqq ödənilməklə daha 10 il müddətinə uzadıla bilər. Şəhadətnamənin qüvvədə olma müddətinin uzadılmasına məhdudiyyət qoyulmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver