Qanunvericilik › Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Enerji menecmenti sistemi

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Təsərrüfat subyektləri bu Qanunun tələblərinə riayət etməklə enerji menecment sistemi yaratmaq hüququna malikdirlər.

7.2. Enerji menecment sisteminə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

7.3. Bu Qanunun 6.4-cü maddəsinin tələbləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş qurum tərəfindən enerji menecmenti sisteminin yaradılması ilə bağlı sertifikatlaşdırılmış təsərrüfat subyektlərinə şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver