Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi, statusunun dəyişdirilməsi, Naxçıvan Muxtar Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi, inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında qaldırıla bilər və həmin vəsatət müvafiq icra hakimiyyəti orqanının bu Qanunun 7.4-cü, 7.5-ci, 8.4-cü, 9.6-cı, 10.2-ci, 10.3-cü, 11-1.3-cü, 11-1.4-cü maddələrində nəzərdə tutulmuş vəsatətinə və 12-4.3-cü, 12.3-cü maddələrində nəzərdə tutulmuş təqdimatına əlavə edilir.
Qanunvericilik › Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12-1
Maddə 12-1. Naxçıvan Muxtar Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı məsələlərin həll edilməsinin xüsusiyyətləri
Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver