Qanunvericilik › Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğunun verilməsi

Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğu yazılı şəkildə təqdim edilməli, dəqiq və aydın tərtib olunmalı, sorğu edən barədə tam məlumatı əks etdirməlidir. Bu zaman müraciət edənin informasiyanı almaqda hüquqi və ya digər maraqlarının göstərilməsi zəruri deyildir.

8.2. Müraciəti və ya sorğunu almış dövlət və ya yerli özünüidarəetmə orqanları əlavə məlumat tələb edə bilərlər. Müraciət edənin sorğunu dəqiqləşdirməməsi ətraf mühitə dair informasiyanın verilməsindən imtina üçün əsas ola bilər.

8.3. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğu aşağıdakılara göndərilir:

8.3.1. açıq informasiya üzrə – müvafiq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, onların strukturlarına, məsul şəxslərə;

8.3.2. alınması məhdudlaşdırılan informasiya üzrə - təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət hakimiyyəti orqanlarına.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver