Qanunvericilik › Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. ƏMTQ sahəsində bələdiyyələrin vəzifələri

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.0. ƏMTQ sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:

11.0.1. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə, həmin fəaliyyətə dair ƏMTQ-nin həyata keçirilməsində iştirak etmək və ƏMTQ sənədinin hazırlanması üçün tələb olunan zəruri məlumatları təqdim etmək;

11.0.2. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə həmin ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərin, habelə daşınmaz əmlak mülkiyyətçilərinin, habelə qeyri-hökumət təşkilatlarının, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin müraciətinə əsasən ictimai ekoloji ekspertizanın təşkilində və keçirilməsində onlara kömək etmək;

11.0.3. nəzərdə tutulan fəaliyyətin dövlət ekoloji ekspertizası rəyinə uyğun həyata keçirilməsinin təmin edilməsində iştirak etmək;

11.0.4. nəzərdə tutulan fəaliyyət bələdiyyənin ərazisində həyata keçirildikdə ƏMTQ-yə dair ictimai dinləmələrin keçirilməsində iştirak etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver