Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Ətraf mühitin mühafizəsinin əsas prinsipləri

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ətraf mühitin mühafizəsi aşağıdakı prinsiplərə əsaslanır:

sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli;

ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası;

təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;

ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi;

dövlət nəzarəti, bu Qanunun və ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət;

ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi;

ətraf mühitin mühafizəsi sahəsində əhalinin və vətəndaş cəmiyyəti institutlarının iştirakı;

ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq;

ekoloji ekspertizaya təqdim olunan məlumatların dolğunluğu və düzgünlüyü;

ekoloji ekspertizanın həyata keçirilməsində qanunçuluğun, aşkarlığın və şəffaflığın təmin edilməsi;

təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəliliyinin nəzərə alınması;

ətraf mühitin mühafizəsi tədbirləri barədə əhalinin məlumatlandırılması.

II fəsil

Ətraf mühİtİn mühafİzəsİ sahəsİndə hüquqlar və vəzİfələr

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver