1. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları:
1.1. dövlət siyasətinin əsas istiqamətlərini, onun həyata keçirilməsi üçün strateji tədbirləri hazırlamaq;
1.2. ətraf mühitin mühafizəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa olan keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək;
1.3. ətraf mühitin mühafizəsinin dövlət fondları haqqında əsasnamələri təsdiq etmək;
1.4. qanunvericiliyə müvafiq olaraq təbii resursların istifadəyə verilməsi haqqında qərarları qəbul etmək, təbiətdən istifadəyə görə limitləri və kvotaları müəyyən etmək, müqavilələri (kontraktları) bağlamaq;
1.6. təbiətin mühafizəsinin müxtəlif hallarına dair konsepsiyaları, təbii
resursların istifadəsi, mühafizəsi və bərpasına dair kompleks proqramları təsdiq etmək və həyata keçirilmək, təbii ehtiyatların dövlət kadastrının və dövlət uçotunun aparılması qaydalarını müəyyən etmək;
1.7. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarını müəyyən etmək;
1.8. ətraf mühitin mühafizəsi sahəsində məcburi standartlaşdırılan və sertifikatlaşdırılan ekoloji cəhətdən təhlükəli məhsulların (işlərin, xidmətlərin) siyahısını təsdiq etmək;
1.9. xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin siyahısını təsdiq etmək, dövlət qoruqlarını, dövlət milli və təbiət parklarını, başqa xüsusi mühafizə tələb edən ərazilərini və obyektlərini təşkil etmək;
1.10. ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması qaydalarını müəyyən etmək;
1.11. ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək;
1.12. təbiətdən istifadə ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş lisenziya və icazələri vermək, bu Qanunun 15-ci maddəsinə uyğun olaraq müqavilələr bağlamaq.
1.13. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması sahəsində xərcləri təsdiq etməkdir.
2. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələri:
2.1. ətraf mühitin ekoloji tarazlıq və təbiətdən istifadənin müxtəlif sahələri üzrə proqramları hazırlamaq;
2.2. dövlət ekoloji ekspertizasını təşkil etmək;
2.3. ətraf mühitin, heyvanlar və bitki aləminin mühafizəsinə, bərpasına və istifadəsinə dövlət nəzarətini həyata keçirmək;
2.3-1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının idxalına və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;
2.4. heyvanlar və bitki aləminin nadir və yer üzündən yox olması təhlükəsinə məruz qalmış növlərinin dövlət kadastrını aparmaq (“Qırmızı kitab”ı nəşr etmək);
2.5. beynəlxalq əməkdaşlığı həyata keçirmək;
2.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri həyata keçirməkdir.