5.1. Azərbaycan Respublikasında feldyeger rabitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
5.2. Feldyeger rabitəsini həyata keçirən orqan (bundan sonra “Feldyeger rabitəsi orqanı” adlandırılacaq) haqqında Əsasnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
5.3. Feldyeger rabitəsi orqanı öz vəzifələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan idarə və təşkilatlarla qarşılıqlı əlaqədə həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətləri dairəsində feldyeger rabitəsi orqanı əməkdaşlarına korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılmasında kömək göstərməyə borcludurlar.
II fəsil
Feldyeger rabİtəsİ orqanının hüquqları və vəzİfələrİ