Qanunvericilik › Feldyeger rabitəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Feldyeger rabitəsi orqanının hüquqları

Feldyeger rabitəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Feldyeger rabitəsi orqanı qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

6.1.2. nəqliyyatda müəyyən edilmiş tariflər əsasında korrespondensiyaları və digər göndərişləri və onları müşayiət edən feldyeger rabitəsi orqanı əməkdaşlarını mövcud dəmir yolu, hava, dəniz və avtomobil nəqliyyatı marşrutları ilə göndərmək;

6.1.3. hava, dəniz və dəmir yolu nəqliyyatı müəssisələri ilə müqavilə əsasında korrespondensiyaları və digər göndərişləri və onu müşayiət edən feldyeger rabitəsi orqanı əməkdaşlarını müvafiq olaraq hava limanlarında və ya vağzallarda xüsusi avadanlıqla təchiz olunmuş otaqlarda yerləşdirmək;

6.1.4. fövqəladə hallarda korrespondensiyaların və digər göndərişlərin çatdırılmasını və mühafizəsini təmin etmək üçün müəssisə və idarələrdəki rabitə vasitələrindən rabitə haqqını ödəməklə istifadə etmək;

6.1.5. müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarını çatdırmaq.

6.2. Öz xidməti vəzifələrini icra edərkən feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah gəzdirə, həmin silahdan və eləcə də xüsusi vasitələrdən itstifadə edə və fiziki güc tətbiq edə bilərlər.

6.3. Öz xidməti vəzifələrini icra edərkən feldyeger rabitəsi orqanı əməkdaşları tutula və ya həbs edilə bilməzlər.

6.4. Feldyeger rabitəsi orqanı əməkdaşları tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər toxunulmazdır, açıla, yoxlanıla və ya həbs edilə bilməz.

6.5. Feldyeger rabitəsi orqanının avtomobilləri operativ nəqliyyat vasitələrinə aiddir və onlar həmin orqanın razılığı olmadan başqa orqan və təşkilatlar tərəfindən istifadə edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver