Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Fövqəladə vəziyyət rejiminin təmin edilməsi üçün əlavə qüvvə və vasitələrin cəlb olunması

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1.Fövqəladə vəziyyət tətbiq edilərkən müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan qüvvə və vasitələrdən əlavə, digər müvafiq icra orqanlarının qüvvələrini və vasitələrini cəlb edə bilər.

12.2.Müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədilə cəlb olunur:

12.2.1.fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə gediş-gəlişin xüsusi rejiminin yaradılması;

12.2.2.əhalinin həyat fəaliyyətinin və nəqliyyatın işini təmin edən obyektlərin, eləcə də insanların həyat və sağlamlığının, həmçinin ətraf mühit üçün böyük təhlükə yaradan obyektlərin mühafizə olunması;

12.2.3.silah, hərbi və xüsusi texnika tətbiq etməklə zorakı hərəkətlərlə müşayiət olunan münaqişələrdə iştirak edən tərəflərin bir-birindən ayrılması;

12.2.4.qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulmasında iştirak edilməsi;

12.2.5.müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirak edilməsi.

12.3. Bu Qanunun 12.2.1-12.2.4-cü maddələrində göstərilən vəzifələri bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları ilə birlikdə yerinə yetirirlər. Bu zaman bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçularına bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin fiziki qüvvədən, xüsusi vasitələrdən, silahdan, döyüş texnikasından və xüsusi texnikadan istifadə şərtləri, qaydası və hədləri, hərbi qulluqçuların və onların ailə üzvlərinin şəxsi təhlükəsizliyinə, eləcə də onların hüquqi və sosial müdafiəsinə zəmanət verilməsi barədə müddəaları şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver