Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını həyata keçirmək məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən komendant təyin olunur.

13.2. Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı:

13.2.1.öz səlahiyyətləri daxilində fövqəladə vəziyyətin təmin olunması məsələlərinə aid olan və müvafiq ərazidə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, mülki müdafiə orqanlarının, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə orqanların, habelə fövqəladə vəziyyətin tətbiq olunduğu ərazidə yerləşdirilmiş və fövqəladə vəziyyət rejiminin təmin edilməsi üçün əlavə olaraq cəlb edilmiş müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri üçün icra edilməsi məcburi olan əmr və sərəncamlar verir;

13.2.2.komendant saatının vaxtmı və qüvvədə olma müddətini müəyyən edir;

13.2.3.fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimini müəyyənləşdirir;

13.2.4.silah, döyüş sursatı, dərman vasitələri və tərkibində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya güclü təsir göstərən preparatlar, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların satışının xüsusi rejimini müəyyən edir;

13.2.5.bu Qanunun 8.0.15-ci maddəsinə uyğun olaraq götürülmüş silah, döyüş sursatı və hərbi texnikanın saxlanma yeri və qaydasını müəyyən edir;

13.2.6.fövqəladə vəziyyət rejimini pozmuş və bu ərazidə qeydiyyatda olmayan şəxsləri fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin hüdudlarından çıxarır;

13.2.7. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq olunmasının zəruriliyi təklifi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edir;

13.2.8.media vasitəsilə müvafiq ərazinin əhalisini fövqəladə vəziyyət şəraitində tətbiq olunan ayrı-ayrı tədbirlərin yerinə yetirilməsi qaydası barədə məlumatlandırır;

13.2.9.fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasını və onların iş rejimini müəyyənləşdirir.

13.3.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı həmin ərazidə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının bütün iclaslarında iştirak etmək və bu Qanunla, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər irəli sürmək hüququna malikdir.

13.4.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı həmin ərazinin komendantlığına rəhbərliyi həyata keçirir. Komendantlığın fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.5.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə komendantlığın yaradılması və həmin ərazidə fəaliyyət göstərməsi müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının fəaliyyətini dayandırmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver