Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Fövqəladə vəziyyət şəraitində tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi hədləri

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1.Fövqəladə vəziyyət şəraitində müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının səlahiyyətlərinin, eləcə də mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada, yaranmış vəziyyətin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir.

21.2.Bu Qanunun 21.1-ci maddəsində göstərilən tədbirlər Azərbaycan Respublikasının insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun gəlməli və irqinə, milliyyətinə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə və s. səbəblərə görə ayrı-ayrı şəxslərin və əhalinin ayrı-ayrı qruplarının ayrıseçkiliyinə səbəb olmamalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver