Qanunvericilik › Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində bütün hüquqi və fiziki şəxslərin əmlak və sosial hüquqlarının təminatları

Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1.Bu Qanunun 8.0.21-ci maddəsinə əsasən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında əməyə görə ödəniş verilir.

22.2.Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada yaşayış yerləri verilir, dəymiş maddi zərər ödənilir, işə düzəlmək üçün yardım və digər zəruri kömək göstərilir.

22.3. Bu Qanunun 8.0.19-cu maddəsinə əsasən əmlak və resursları sərf olunan təşkilatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dəymiş zərərin ödənilməsi hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver