Qanunvericilik › Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Dövlət geodeziya-istinad məntəqələrinin mühafizəsi

Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının ərazisində yerləşən astronomik, geodeziya, nivelir və qravimetriya məntəqələri, yerüstü nişan və mərkəzləri, o cümlədən işıqlanan mayaklar, naviqasiya işarələri, digər mühəndis qurğularındakı geodeziya-istinad məntəqələri dövlət tərəfindən mühafizə edilir.

Dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsi, yenidən qurulması və yenilərinin quraşdırılması yalnız dövlət geodeziya və kartoqrafiya xidmətinin razılığı ilə həyata keçirilə bilər.

Ərazilərində dövlət geodeziya-istinad məntəqələri və ya yerüstü nişanları olan torpaq mülkiyyətçiləri, istifadəçiləri, habelə digər şəxslər həmin məntəqələrin və nişanların korlanması və məhv edilməsinə görə məsuliyyət daşıyırlar. Belə hadisələr baş verdiyi hallarda onlar dövlət geodeziya və kartoqrafiya xidmətinə məlumat verməli, habelə geodeziya-istinad məntəqələrində geodeziya və kartoqrafiya işlərinin aparılması üçün lazımi şərait yaratmalıdırlar.

Geodeziya-istinad məntəqələrinin yerləşdirilməsi üçün torpaq sahələrinin ayrılması və istifadə qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.

Geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.

V fəsil

Geodezİya və kartoqrafİya fəalİyyətİnİn İqtİsadİ tənzİmlənməsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver