Dövlət sifarişi hesabına həyata keçirilən geodeziya, topoqrafiya, kartoqrafiya, kadastr işləri və dövlət geodeziya nəzarəti Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir.
Geodeziya və kartoqrafiya işlərinin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.
Hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən geodeziya, topoqrafiya və kartoqrafiya işləri sifarişçilər tərəfindən maliyyələşdirilir.