Qanunvericilik › Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmələr

Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə aşağıdakı işlərə ödəmələr alınır:

materialların və məlumatların seçilməsinə, surətlərinin çıxarılmasına və istifadəyə verilməsinə;

Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondundan istifadəyə;

geodeziya-istinad məntəqələrindən və mühəndis-texniki vasitələrdən istifadəyə;

yerin səthində, suda və fəzada yerləşən obyektlər barədə verilən məlumatlara;

qanunvericiliklə müəyyən edilmiş digər xidmət işlərinə.

Geodeziya və kartoqrafiya materiallarından və məlumatlarından istifadəyə görə ödəmə dərəcələri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

VI fəsil

Geodezİya və kartoqrafİya haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət və mübahİsələrİn həllİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver