1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (b undan sonra – gömrük sərhədi ) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;
1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs;
1.0.3. daxildə emal – müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru;
1.0.4. daxili mallar – Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud emala məruzqalma meyarlarına uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst dövriyyə üçün buraxılmış mallar;
1.0.5. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;
1.0.6. elektron sənəd – elektron informasiya sistemlərində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə təsdiq edilmiş sənəd;
1.0.7. emal əməliyyatları – quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması; malın emalı və təkrar emalı; bərpa olunma və qaydaya salınma da Maddə … ırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması; malın emalı və təkrar emalı; bərpa olunma və qaydaya salınma da daxil olmaqla, malın təmiri; emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;
1.0.8. emal məhsulları – emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;
1.0.9. fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;
1.0.10. gömrük auditi – malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünün müəyyən edilməsi, eləcə də, şəxslərin mal və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edilməsi haqqında öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər;
1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd;
1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri;
1.0.13. gömrük Maddə … əd;
1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri;
1.0.13. gömrük xidməti – gömrük qanunvericiliyinin tətbiqinə, habelə gömrük ödənişlərinin tutulmasına görə məsul olan dövlət xidməti;
1.0.14. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;
1.0.15. gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar;
1.0.16. gömrük orqanı – gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi;
1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq;
1.0.18. gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri;
1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər;
1.0.20. gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrü Maddə … hərəkətlər;
1.0.20. gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;
1.0.21. gömrük sahəsi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilən gömrük sərhəd buraxılış məntəqəsi, gömrük terminalı, gömrük laboratoriyası, gömrük postu;
1.0.22. gömrük sərhədindən keçirmə – malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi (bundan sonra - qanunvericilik) ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlər;
1.0.23. gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu;
1.0.24. gömrük təminatı – gömrük nəzarəti və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;
1.0.25. göndərən gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;
1.0.26. hasilat norması – emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizi;
1.0.27. xaricdə emal – gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömr Maddə … qdarı və ya faizi;
1.0.27. xaricdə emal – gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük proseduru;
1.0.28. xarici mallar – bu Məcəllənin 1.0.4-cü maddəsində göstərilənlərdən başqa, digər mallar və ya daxili mal statusunu itirmiş mallar;
1.0.29. idxalatçı – malları idxal edən şəxs;
1.0.30. ixracatçı – malları ixrac edən şəxs;
1.0.31. qeyri-rezidentlər – bu Məcəllənin 1.0.44-cü maddəsinin şamil edilmədiyi şəxslər;
1.0.32. mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs;
1.0.33. malın mənşə ölkəsi – gömrük tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud ticarətə aid başqa tədbirlərin tətbiqi üçün nəzərdə tutulmuş meyarlara uyğun olaraq, malın tamamilə istehsal və ya kifayət qədər emal edildiyi ölkə;
1.0.34. mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri;
1.0.35. malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi;
1.0.36. malların gömrük orqanına təqdim olunması – malların gömrük orqanının yerləşdiyi yerə, Maddə … findən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi;
1.0.36. malların gömrük orqanına təqdim olunması – malların gömrük orqanının yerləşdiyi yerə, yaxud gömrük orqanı tərəfindən müəyyən edilmiş digər yerə çatdırılması və həmin mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanına verilməsi;
1.0.37. malların gömrük statusu – malların xarici və yaxud daxili mallara aid edilməsi;
1.0.38. malların yoxlanması – malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanması üzrə gömrük orqanları tərəfindən yerinə yetirilən hərəkətlər;
1.0.39. müşayiət olunan baqaj – gömrük sərhədindən sərnişinlərin özləri tərəfindən keçirilən mallar;
1.0.40. müşayiət olunmayan baqaj – sərnişinlərə məxsus olan, gömrük sərhədindən nəqliyyat və ya poçt təşkilatı tərəfindən qaimə əsasında keçirilən mallar;
1.0.41. nəqliyyat sənədləri – malların və nəqliyyat vasitələrinin daşınması zamanı qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra - beynəlxalq müqavilələr) nəzərdə tutulmuş beynəlxalq avtomobil qaiməsi, dəmiryol qaiməsi, baqaj cədvəli, baqaj qəbzi, hava nəqliyyatında yük qaiməsi, konosament, habelə malların boru kəmərləri və elektrikötürücü xətləri vasitəsilə nəqlində istifadə olunan digər müşayiət sənədləri;
1.0.42. nəqliyyat vasitələri – sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə Maddə … lə nəqlində istifadə olunan digər müşayiət sənədləri;
1.0.42. nəqliyyat vasitələri – sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı;
1.0.43. prosedur sahibi – gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs;
1.0.44. rezidentlər – qanunvericiliyə müvafiq olaraq yaradılmış və Azərbaycan Respublikasında yerləşən hüquqi şəxslər və digər idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan şəxslər;
1.0.45. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
1.0.46. səlahiyyətli iqtisadi operator – Ümumdünya Gömrük Təşkilatının normaları və standartlarına uyğun olaraq, gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs;
1.0.47. sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük proseduru;
1.0.48. sərbəst zona – gömrük ərazisinin, gətirilən Maddə … a gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük proseduru;
1.0.48. sərbəst zona – gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi;
1.0.49. şəxsi əşyalar – fiziki şəxsin fərdi istifadəsi üçün zəruri olan əşyalar;
1.0.50. şəxslər - hüquqi şəxslər və fiziki şəxslər;
1.0.51. şərti buraxılış – mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış;
1.0.52. tarif kvotası – idxal edilən ayrı-ayrı malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarına (dəyərinə) qanunvericilikdə nəzərdə tutulduğundan daha aşağı idxal gömrük rüsumunun və həmin miqdardan (dəyərdən) artıq olan hissəsinə daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan müddətli tənzimlənmə üsulu;
1.0.53. təyinat gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı;
1.0.54. ticarət siyasəti tədbirləri – Ümumdünya Ticarət Təşkilatının qərarlarının tətbiq olunmasının bir hissəsi kimi, malların idxalı və ixracını qanunvericiliklə müəyyən olunmuş formada tənzimləyən qeyri-tarif tədbirləri;
1.0.55. tranzit – malların gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru;
1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədind Maddə … orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru;
1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər.