QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 2

Maddə 2. Gömrük işi və gömrük tənzimlənməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Gömrük işi - gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan, gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir.

2.2. Gömrük tənzimlənməsi - gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunmasıdır.

2.3. Gömrük tənzimlənməsi gömrük qanunvericiliyinə və xarici ticarətin dövlət tənzimlənməsinə dair qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

2.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

2.5. Azərbaycan Respublikası gömrük işi sahəsində qanunvericiliyinin və bu sahədə təcrübənin beynəlxalq hüququn normalarına və ümumi qəbul olunmuş beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə gömrük tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edir. Maddə 3. Gömrük ərazisi və gömrük sərhədi

3.1. Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir.

3.2. Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərind Maddə … nin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir.

3.3. Gömrük ərazisində bu Məcəllədə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər.

3.4. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir.

3.5. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver