202.1. Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul), bu Məcəllənin 202.2 - 202.5-ci maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.
202.2. Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər.
202.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.
202.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadədə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar.
202.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim edilmişdirsə, gömrük orqanları bu Məcəllənin 202.4-cü maddəsində qeyd olunan tələbdən imtina edirlər.
202.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.