QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 203

Maddə 203. Əvəzləyici məhsulların əvvəlcədən idxalı

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

203.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir. Bu halda şəxsdən bu Məcəllənin 203.2-ci maddəsinə göstərilən miqdarda təminat alınır.

203.2. Bu Məcəllənin 203.1-ci maddəsində nəzərdə tutulan təminatın miqdarı qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsinə müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir.

203.3. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac edilməlidir.

203.4. Qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsində göstərilmiş müddət ərzində üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək artırırlar. XII BÖLMƏ MALLARIN KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR FƏSİL 34 MALLARIN KABOTAJ DAŞINMASI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver