223.1. Bu Məcəllənin 218.2.4-cü və 218.2.5-ci maddələrində nəzərdə tutulmuş preferensial tarif tədbirlərindən və ya qeyri-tarif preferensial tədbirlərindən istifadə etmək üçün mallar bu Məcəllənin 223.2-223.4-cü maddələrində qeyd olunan preferensial mənşəyə dair qaydalara uyğun olmalıdır.
223.2. Azərbaycan Respublikasının müəyyən ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə göstərilən preferensial tədbirlərin şamil olduğu mallar üzrə preferensial mənşə qaydaları bu müqavilələrdə öz əksini tapır.
223.3. Gömrük orqanları Azərbaycan Respublikasının xarici ölkələrə və ya beynəlxalq təşkilatın üzv ölkələrinə birtərəfli qaydada qəbul etdiyi preferensial tədbirlərin şamil olunduğu mallara münasibətdə bu Məcəllənin 223.4-cü maddəsində nəzərdə tutulan qaydaları tətbiq edirlər.
223.4. Malların preferensial mənşəyinin müəyyən olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. XIV BÖLMƏ GÖMRÜK ÖDƏNİŞLƏRİ, GÖMRÜK BORCU VƏ TƏMİNAT FƏSİL 42 ƏSAS MÜDDƏALAR