224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:
224.1.1. gömrük rüsumları;
224.1.2. əlavə dəyər vergisi;
224.1.3. aksizlər;
224.1.4. yol vergisi;
224.1.5. gömrük yığımları;
224.1.6. haqq;
224.1.7. dövlət rüsumu.
224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir.
224.3. Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi mallara “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada müvəqqəti olaraq mövsümi rüsumlar tətbiq oluna bilər. 224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilə Maddə … müvəqqəti olaraq mövsümi rüsumlar tətbiq oluna bilər. 224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilən mallara “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq olunur.
224.4. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır.
224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür.
224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir.