QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 250

Maddə 250. Ümumi müddəalar

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

250.1. Bu fəsildə həm mövcud, həm də yarana biləcək gömrük borclarına təminat verilməsi qaydaları müəyyən olunur.

250.2. Gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər.

250.3. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa şəxs tərəfindən də verilə bilər.

250.4. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

250.5. Bu Məcəllənin 256-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb edə bilərlər.

250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər ödənişləri əhatə edir.

250.7. Gömrük orqanları gömrük ödənişləri üzrə borclu və ya borclu ola biləcək şəxsin müraciətinə əsasən iki və daha çox əməliyyat, gömrük bəyannaməsi, yaxud gömrük proseduru ilə əlaqədar mövcud, yaxud yarana biləcək gömrük borcuna təminat məqsədi ilə, bu Məcəllənin 255-ci maddəsində göstərilən əhatəli təminatın təqdim olunmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada icazə verirlər.

250.8. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən qəbul edilmiş təminat bütün gömr Maddə … arda və qaydada icazə verirlər.

250.8. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən qəbul edilmiş təminat bütün gömrük ərazisində etibarlıdır.

250.9. Təminatın verilməsinin məcburi və fakültativ (məcburi olmayan) hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver