QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 251

Maddə 251. Məcburi təminat

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

251.1. Məcburi təminatın verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini dəqiq müəyyənləşdirmək mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini gömrük borcunun məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər.

251.2. Gömrük borcunun dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, təminatın məbləği gömrük orqanları tərəfindən hesablanmış mövcud və ya yarana biləcək gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

251.3. Məbləği müəyyən müddət ərzində dəyişən gömrük borcu üzrə ixrac, yaxud idxal gömrük rüsumlarının və vergilərin ödənilməsinin təmin edilməsi üçün əhatəli təminatın verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və vergilərin ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə müəyyənləşdirilir.

251.4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, bu Məcəllənin 221.1-ci və 251.2-ci maddələrinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver