3.1. Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir.
3.2. Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir.
3.3. Gömrük ərazisində bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər.
3.4. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir.
3.5. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.