322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir:
322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi;
322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi;
322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi;
322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması;
322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;
322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi;
322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;
322.1.8. malların gömrük dəyərinin təyin olunması;
322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi.
322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır.
322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır.
322.4. Gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən ap Maddə … lduqda da aparılır.
322.4. Gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır.
322.5. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır.
322.6. Mürəkkəb ekspert tədqiqatlarının aparılması tələb olunduqda, gömrük laboratoriyasının rəhbərinin qərarı əsasında eyni ixtisaslı bir neçə ekspertə həvalə olunmaqla komisyon ekspertiza keçirilir.
322.7. Bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlər müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla müəyyən edilə bildikdə, kompleks ekspertiza keçirilir.
322.8. Malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) aşağıdakılar göstərilməlidir:
322.8.1. gömrük ekspertizasının aparılmasının məqsədləri;
322.8.2. gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı;
322.8.3. ekspertin qarşısında qoyulmuş suallar;
322.8.4. ekspertə təqdim olunmuş materialların və sənədlərin siyahısı;
322.8.5. bilə-bilə yalan rəy verməsinə görə ekspertin məsuliyyəti haqqında xəbərdarlıq.
322.9. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə malların gömrük ekspertizasına göndərilm Maddə … nın vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə malların gömrük ekspertizasına göndərilməsi barədə yazılı bildiriş göndərir. Bildirişdə həmin şəxslərin hüquq və vəzifələri izah olunur. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə hüquq və vəzifələrinin izah olunması barədə qərarda müvafiq qeyd aparır.
322.10. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə həmin şəxslər tərəfindən gömrük yığımı ödənilir.
322.11. Gömrük orqanlarının təşəbbüsü ilə keçirilən gömrük ekspertizalarının aparılması ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
322.12. Tədqiqat obyektinin gömrük laboratoriyasına gətirilməsi mümkün olmadığı hallar istisna olmaqla, gömrük ekspertizası gömrük laboratoriyasının binasında aparılır. Ekspert gömrük ekspertizasının aparılmasına yalnız gömrük laboratoriyasının rəhbərinin yazılı göstərişi əsasında başlaya bilər.
322.13. Gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən rəy verilir.
322.14. Gömrük ekspertizası aparılarkən mallardan prob və nümunələr bu Məcəllənin 158-ci maddəsinə uyğun olaraq götürülür.
322.15. Gömrük ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti or Maddə … ob və nümunələr bu Məcəllənin 158-ci maddəsinə uyğun olaraq götürülür.
322.15. Gömrük ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.