QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 323

Maddə 323. Ekspertin hüquqları və vəzifələri

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

323.1. Ekspert aşağıdakı hüquqlara malikdir:

323.1.1. tədqiqat obyektinə aid materiallar və sənədlərlə tanış olmaq;

323.1.2. gömrük ekspertizasını aparmaq üçün zəruri olan əlavə materiallar və sənədlər tələb etmək;

323.1.3. tədqiqat obyektinə aid məlumatların aydınlaşdırılması üçün gömrük orqanlarının vəzifəli şəxslərinə, b əyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və onların nümayəndələrinə suallar vermək;

323.1.4. qoyulmuş suallardan əlavə tədqiqat obyektinə aid olan və iş üçün əhəmiyyətli hesab etdiyi digər halları öz rəyində göstərmək;

323.1.7. gömrük orqanlarının icazəsi ilə gömrük nəzarətinin həyata keçirilməsində iştirak etmək.

323.2. Ekspertin vəzifələri aşağıdakılardır:

323.2.1. şəxslərə gömrük ekspertizasına dair məsləhətlər vermək;

323.2.2. gömrük ekspertizasına təqdim olunmuş mallardan götürülmüş prob və nümunələrin tədqiqatını aparmaq və onun nəticəsini tam, hərtərəfli və qərəzsiz qiymətləndirməklə rəy təqdim etmək;

323.2.3. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasını təyin etmiş gömrük orqanına, yaxud bununla əlaqədar müraciət etmiş şəxsə səbəbləri göstərilməklə, yazılı məlumat vermək;

323.2.4. gömrük ekspertizasının aparılması üçün gömrük orqanlarından və digər şəxslərdən aldığı, habelə əldə etdiyi nəticələr barədə məlumatları yaymamaq. 323.2-1. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan ma Maddə … diyi nəticələr barədə məlumatları yaymamaq. 323.2-1. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.

323.3. Ekspert öz vəzifələrini müəyyən olunmuş qaydada yerinə yetirməməsinə, eləcə də bilə-bilə yalan rəy verməsinə görə qanunla müəyyən olunmuş məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver