QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 324

Maddə 324. Gömrük ekspertizasının aparılarılması zamanı b əyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

hüquqları

324.1. Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri aşağıdakı hüquqlara malikdirlər:

324.1.1. ekspertə əsaslandırılmış etiraz etmək;

324.1.2. konkret ekspertin təyin olunması barədə vəsatət vermək;

324.1.3. ekspert qarşısında əlavə sualların qoyulması və onlara dair rəy alınması barədə vəsatət vermək;

324.1.4. ekspertizanın aparılmasında iştirak etmək və ekspertə izahatlar vermək;

324.1.5. mallardan prob və nümunələr götürmək;

324.1.6. ekspertin rəyi, yaxud onun rəy verə bilməməsi barədə məlumatı ilə tanış olmaq və həmin rəyin və ya məlumatın surətini almaq;

324.1.7. əlavə və ya təkrar ekspertizanın aparılması barədə vəsatət vermək.

324.2. Bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və onların nümayəndələrinin vəsatəti təmin olunduqda, gömrük orqanının ekspertiza təyin etmiş vəzifəli şəxsi müvafiq qərar qəbul edir. Vəsatətin təmin olunmasından imtina olunduqda, gömrük orqanının vəzifəli şəxsi imtina haqqında əsaslandırılmış qərarı barədə vəsatət verənə yazılı məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver