41.1. Gömrük orqanları dövlət orqanlarından, hüququ və fiziki şəxslərdən, həmçinin digər ölkələrin gömrük orqanlarından əldə etdikləri məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
41.2. Gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz.
41.3. Dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər konfidensial məlumatlardan qeyri-qanuni istifadə etmiş və ya onları açıqlamış gömrük orqanlarının vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
41.4. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydası “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
41.5. Məlumat mübadiləsi prosesində iştirak edən subyektlərin hüquqlarının və məlumatların mühafizəsi gömrük orqanlarının xüsusi proqramlardan və texniki vasitələrdən istifadə etməsi yolu ilə təmin olunur.
41.6. Məlumatların mühafizə səviyyəsi onların kateqoriyasına uyğun olmalıdır. Məlumatların kateqoriyasına uyğun olaraq mühafizəsi sərəncamında informasiya ehtiyatları olan gömrük orqanları tərəfindən təmin edilməlidir.
41.7. Məlumatların mühafizəsi üçün istifadə olunan texniki vasitələr Maddə … mında informasiya ehtiyatları olan gömrük orqanları tərəfindən təmin edilməlidir.
41.7. Məlumatların mühafizəsi üçün istifadə olunan texniki vasitələrin istismarına dair tələblərə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
41.8. Müvafiq icra hakimiyyəti orqanı bütün maraqlı şəxslərlə informasiya texnologiyalarının tətbiqi barədə mümkün qədər geniş məsləhətləşmələr həyata keçirir. FƏSİL 8 GÖMRÜK ORQANLARININ ELEKTRON MƏLUMAT SİSTEMİ