42.1. Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması, mühafizəsi və mübadiləsi, o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması məqsədilə gömrük orqanlarının elektron məlumat sisteminin işlənib hazırlanmasını və istifadəsini təmin edir.
42.2. Gömrük orqanları tərəfindən qeydiyyata alınan məlumatların məzmununu, onların təqdim olunma müddətlərini, mühafizəsi məsələlərini də nəzərdə tutan elektron məlumat sistemindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.