QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 52

Maddə 52. Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

52.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

52.2. İnzibati qaydada şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

52.3. Qanunvericilikdə daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Şikayətin araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda, şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş) gün uzadılır.

52.4. Qərardan şikayət üzrə gömrük orqanlarının qərarı yazılı formada qəbul edilir.

52.5. Şikayətçi gömrük orqanlarının qərarı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalıdır. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri yazılı formada göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.

52.6. Bu Məcəllənin 52.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şəxs qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə şikayət edilə bilər.

52.7. Gömrük orqanlarının qərarlarından məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada verilir. V BÖLMƏ GÖMRÜK ORQANLARINI Maddə … ında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada verilir. V BÖLMƏ GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ FƏSİL 11 GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQİ STATUSU, DÖVLƏT VƏ SOSİAL MÜDAFİƏSİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver