QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 53

Maddə 53. Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

53.1. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar, fiziki və mənəvi keyfiyyətlərinə görə gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə bilən və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.

53.2. Gömrük orqanlarında ilk dəfə vəzifəyə təyin edilən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı məzmunda and içirlər: “Mən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə sözsüz riayət etməyə, Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etməyə, öz xidməti vəzifələrimi vicdanla yerinə yetirməyə və gömrük xidməti intizamının tələblərinə əməl etməyə and içirəm”.

53.3. Andiçmə mərasimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

53.4. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və onların verilməsi qaydaları “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir.

53.5. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq i Maddə … fiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması və fərqlənmə nişanları pulsuz verilir.

53.6. Bu Məcəllənin 53.4-cü və 53.5-ci maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan digər qurumların vəzifəli şəxslərinə də şamil edilir.

53.7. Gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş səlahiyyətlərdən istifadə edirlər.

53.8. Gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

53.9. Gömrük orqanlarının vəzifəli şəxslərinin əxlaq prinsipləri və etik davranış qaydaları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Etik Davranış Kodeksi və digər normativ hüquqi aktlarla tənzimlənir.

53.10. Gömrük orqanlarında xidmətə qəbul, xidmət keçmənin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunun əsasları bu Məcəllə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver