QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 55

Maddə 55. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirmələri üçün təminat

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

55.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəlləni, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər tuturlar.

55.2. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən birbaşa rəhbərlərinə tabedirlər.

55.3. Qanunvericiliklə səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə heç kəs müdaxilə edə bilməz.

55.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti, o cümlədən təsərrüfat subyektlərinin idarəçiliyində birbaşa və ya dolayısı ilə (nümayəndədən, vasitəçidən istifadə etməklə) iştirakı, gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili kimi çıxış etməsi, əvəzçiliklə istənilən haqqı ödənilən işi yerinə yetirməsi (elm-tədris və yaradıcılıq fəaliyyətindən başqa), gömrük işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə əsasında yerinə yetirməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, tətillərin təşkili və onların keçirilməsində iştirakı, siyasi partiyalar yaratması, yaxud onların işində iştirak etməsi qadağandır.

55.5. Gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydad Maddə … nməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. FƏSİL 12 GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN SƏLAHİYYƏTLƏRİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver