QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 56

Maddə 56. Keşik çəkmə (patrulluq) və müşahidə

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

56.1. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirərkən, gömrük nəzarətinin bu Məcəllənin 92.2.7-ci maddəsində nəzərdə tutulmuş formasından istifadə etməklə, gömrük ərazisində aşağıdakı hərəkətləri həyata keçirmək hüququna malikdirlər:

56.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və gömrük nəzarəti altında olan digər ərazilərdə keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.2. dəmiryol vağzallarına və stansiyalarına, orada yerləşən tikililərə daxil olmaq, həmin ərazidə, habelə dəmir yolunun müəyyən olunmuş hissələrində, ehtiyat yollarında keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.3. hava limanlarına, aerodromlara, orada yerləşən tikililərə, təyyarələrin uçuş-enmə zolağına daxil olmaq və müşahidələr aparmaq, bu məqsədlər üçün orada qalmaq.

56.2. Bu Məcəllənin 56.1-ci maddəsində göstərilən məqsədlər üçün zəruri hesab edilən digər yerlərdə də keşik çəkmə (patrulluq) və müşahidə aparıla bilər.

56.3. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin keşik çəkmə (patrulluq) və müşahidə aparmaq hüququ məhdudlaşdırıla bilməz.

56.4. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və müşahid Maddə … luq) və müşahidə aparmaq hüququ məhdudlaşdırıla bilməz.

56.4. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və müşahidələrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver