79.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən aşağıdakı hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:
79.1.1. gömrük orqanlarının vəzifəli şəxslərinin və başqa şəxslərin üzərinə edilən basqınların dəf edilməsi üçün;
79.1.2. gömrük orqanlarına məxsus və ya onların istifadəsindəki binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər zəbt edildikdə, onların azad edilməsi üçün;
79.1.3. hüquqpozmaları törətmiş şəxslər tabe olmadıqda, müqavimət göstərdikdə, digər hüquqazidd hərəkətlər etdikdə, yaxud ətrafındakılara və ya özünə ziyan vurmaq ehtimalı yarandıqda, onların tutulub saxlanılması və gömrük orqanlarının xidməti binalarına gətirilməsi üçün;
79.1.4. sürücüsü gömrük orqanlarının vəzifəli şəxslərinin saxlamaq barədə tələbini yerinə yetirmədikdə, nəqliyyat vasitəsinin saxlanılması üçün;
79.1.5. gömrük orqanlarının vəzifəli şəxslərinə göstərilən fiziki müqavimətin aradan qaldırılması üçün.
79.2. Aşkar hamiləlik əlamətləri olan qadınlara, azyaşlılara, əlilliyi və digər fiziki pozuntuları aşkar bilinən şəxslərə qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı, gömrük nəzarəti altı Maddə … iziki pozuntuları aşkar bilinən şəxslərə qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı, gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin toxunulmazlığına təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi halları istisna olmaqla), habelə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda xüsusi vasitələrin tətbiq edilməsi qadağandır.
79.3. Zəruri müdafiə və ya son zərurət hallarında gömrük orqanlarının vəzifəli şəxsləri xüsusi vasitələr olmadıqda, əl altında olan digər vasitələrdən istifadə edə bilərlər.
79.4. Bu Məcəllənin 79.1-ci maddəsi nəzərə alınmaqla, gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.