80.1. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda göstərilən gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə müəyyən edilmiş qaydada və hallarda xidməti odlu silah gəzdirmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ verilir.
80.2. Gömrük orqanlarının odlu silahdan istifadə etmək hüququ olan vəzifəli şəxsləri yalnız zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısını alarkən odlu silahı aşağıdakı hallarda tətbiq edə bilərlər:
80.2.1. gömrük orqanlarının işçilərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan basqının dəf edilməsi üçün;
80.2.2. başqa şəxslərin gömrük orqanlarının vəzifəli şəxslərinin odlu silahını əldə etmək cəhdlərinin qarşısını almaq üçün (gömrük orqanının vəzifəli şəxsi tərəfindən tutulub saxlanılan şəxsin həmin vəzifəli şəxs tərəfindən göstərilən məsafəni azaltmaq yolu ilə onun odlu silahına yaxınlaşmaq və ya bu cür silaha toxunmaq cəhdi bu silahı əldə etmək cəhdi kimi qiymətləndirilir);
80.2.3. gömrük orqanlarına məxsus və ya onların istifadəsində olan binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə silahlı və ya dəstə şəklində basqının dəf edilməsi üçün;
80.2.4. silahlı müqavimət göstərən şəxsin, həmçinin silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edən silahlı şəxsin tutulub saxlanılması üçün;
80.2.5. sür Maddə … şəxsin, həmçinin silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edən silahlı şəxsin tutulub saxlanılması üçün;
80.2.5. sürücü gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün real təhlükə yaradarsa və onların nəqliyyat vasitəsini saxlamaq barədə dəfələrlə edilən tələblərinə tabe olmazsa, zədə vurmaqla nəqliyyat vasitələrinin dayandırılması üçün;
80.2.6. gömrük orqanlarının vəzifəli şəxslərinin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;
80.2.7. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.
80.3. Odlu silahı tətbiq etməzdən əvvəl şəxsə şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Şəxsə xəbərdarlıq edilmədən yalnız aşağıdakı hallarda odlu silah tətbiq edilə bilər:
80.3.1. qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verdikdə;
80.3.2. hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edildikdə.
80.4. Qadınlara, aşkar əlillik əlamətləri olan şəxslərə və azyaşlılara qarşı, həmçinin silahın tətbiqi nəticəsində kənar şəxslərin zərər çəkə biləcəyi və adamların çox toplaşdığı hallarda odlu silahın tətbiq edilməsi qadağandır (həmin şəxslər tərəfindən gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün təhlükə törədən silahlı müqavimət, silahlı dəstə və digər şəkildə hücum halları istisna edilməklə).
80.5. Gömrük orqanlarınd Maddə … ı və sağlamlığı üçün təhlükə törədən silahlı müqavimət, silahlı dəstə və digər şəkildə hücum halları istisna edilməklə).
80.5. Gömrük orqanlarında istifadə olunan odlu silah və döyüş sursatlarının siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.