81.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük işinə dair qanuni sərəncamlarının və ya tələblərinin icrası şəxslər üçün məcburidir.
81.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarına və ya tələblərinə tabe olmamaq, həmçinin onların vəzifələrini yerinə yetirməsinə maneçilik törədən hərəkətlər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. XÜSUSİ HİSSƏ VI BÖLMƏ GÖMRÜK NƏZARƏTİ FƏSİL 13 GÖMRÜK NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ