malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirakı
91.1. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli və onlara zəruri yardım göstərməlidirlər.
91.2. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük yoxlamasının keçirilməsində öz təşəbbüsləri ilə də iştirak etmək hüququna malikdirlər.
91.3. Gömrük orqanlarının malları və nəqliyyat vasitələrini bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan aşağıdakı hallarda yoxlamaq hüququ vardır:
91.3.1. mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi gündən 10 (on) gün keçdikdən sonra həmin şəxslər gəlmədikdə;
91.3.2. milli təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və bitkilər aləmi, ətraf mühit, xalqların mədəni, tarixi və arxeoloji sərvətləri üçün təhlükə mövcud olduqda;
91.3.3. mallar beynəlxalq poçt göndərişləri vasitəsilə göndərildikdə;
91.3.4. mallar və nəqliyyat vasitələri gömrük ərazisində müvafiq gömrük proseduru pozulmaqla saxlanıldıqda.
91.4. Bu Məcə Maddə … ri vasitəsilə göndərildikdə;
91.3.4. mallar və nəqliyyat vasitələri gömrük ərazisində müvafiq gömrük proseduru pozulmaqla saxlanıldıqda.
91.4. Bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallar və nəqliyyat vasitələri yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılır. FƏSİL 14 GÖMRÜK NƏZARƏTİNİN TƏŞKİLİ