92.1. Gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir.
92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər:
92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması;
92.2.2. şəxsi yoxlama;
92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhl ü kəsizliyi haqq ı nda” Azərbaycan Respublikas ı n ı n Qanununa əsasən tərtib edilən idxal zaman ı elektron bildiri ş, Qida Təhl ü kəsizliyi Reyestrindən çı xar ış, sa ğ laml ı q sertifikat ı, qida və yem məhsullar ı n ı n təhl ü kəsizliyini təsdiq edən sənədlərlə, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə və “Tütün və tütün məmulatı h Maddə … nununa əsasən emal edilməmiş almazlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışla müşayiət olunmasının yoxlanılması; * ( 92.2.3 -cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)
92.2.4. gömrük auditi;
92.2.5. şəxslərin sorğu-sual edilməsi;
92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi;
92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması.
92.3. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti gömrük ərazisindən kənar ərazidə də həyata keçirilə bilər.
92.4. Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır.
92.5. Gömrük nəzarəti forma Maddə … sının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır.
92.5. Gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.
92.6. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir:
92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;
92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını;
92.6.3. ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə qaydaları;
92.6.4. aidiyyəti orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.