Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Şəxsi təhlükəsizlik hüququ

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı digər tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.

16.2. Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı həbs yerinin işçiləri və ya ibtidai araşdırmanı həyata keçirən şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməli və müvafiq prokuroru məlumatlandırmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver