Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. İstintaq təcridxanasında tətbiq edilən həvəsləndirmə tədbirləri

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

38.1. Həbs edilmiş şəxslərə nümunəvi davranışına görə istintaq təcridxanasında aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:

38.1.1. təşəkkür elan etmək;

38.1.2. verilmiş tənbeh tədbirini vaxtından əvvəl götürmək.

38.2. İstintaq təcridxanasında həbs edilmiş şəxslərə həvəsləndirmə tədbirləri istintaq təcridxanası rəisinin və ya onu əvəz edən şəxsin qərarı əsasında tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver