30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Əsgərlər və matroslar
Əsgər
Baş əsgər
Matros
Baş matros
Kursantlar
Kursant
Kursant
Çavuşlar
Kiçik çavuş
Çavuş
Baş çavuş
Kiçik çavuş
Çavuş
Baş çavuş
Gizirlər və miçmanlar
Kiçik gizir
Gizir
Baş gizir
Kiçik miçman
Miçman
Baş miçman
Zabitlər:
Kiçik zabitlər
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan-leytenant
Baş zabitlər
Mayor
Polkovnik-leytenant
Polkovnik
3-cü dərəcəli kapitan
2-ci dərəcəli kapitan
1-ci dərəcəli kapitan
Ali zabitlər
General-mayor
General-leytenant
General-polkovnik
Ordu generalı
Kontr-admiral
Vitse-admiral
Admiral
30.3. Tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə müvafiq olaraq “tibb xidməti” və “ədliyyə” sözləri əlavə edilir.
30.4. Çavuşlara və gizirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü göstərilmədən verilir.
30.4-1. Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulur.
30.5. Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.