31.1. Ali zabit hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
31.2. Hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin tələblərinə müvafiq qaydada verilir.
31.3. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olma müddəti aşağıdakı kimi müəyyən edilir:
Kiçik çavuş
Çavuş
Kiçik gizir (kiçik miçman)
Gizir (miçman)
Kiçik leytenant
Leytenant
Baş leytenant, kapitan (kapitan-leytenant)
Mayor (3-cü dərəcəli kapitan)
Polkovnik-leytenant
(2-ci dərəcəli kapitan)
31.4. Əsgər, matros, kursant, baş əsgər, baş matros, baş çavuş, baş gizir, baş miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələrində olma müddəti müəyyən edilmir.
31.5. Təhsil müddəti 5 il və daha çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti 1 il müəyyən edilir.