Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Hesablama Palatasının üzvləri

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir. Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilirlər.

11.2. Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir.

11.3. Hesablama Palatasının üzvləri Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin azı 63 deputatının səs çoxluğu ilə təyin edilir.

11.4. Hesablama Palatasının üzvləri Azərbaycan Respublikasının Milli Məclisinin dəvəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin və onun komitələrinin iclaslarında iştirak edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver