Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Heyvanlar aləmindən istifadə növləri

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu qanunun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə əməl etmək şərtilə heyvanlar aləminin obyektlərindən istifadənin aşağıdakı növləri həyata keçirilə bilər:

ovçuluq;

balıq və digər su bioresurslarından istifadə;

heyvanlar aləmi obyektlərindən elmi-tədqiqat, estetik, mədəni-maarif, təlim-tərbiyə, digər məqsədlər üçün istifadə;

vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, yetişdirilməsi və artırılması məqsədilə tutulması;

heyvanlar aləmi obyektlərinin faydalı funksiyalarından istifadə edilməsi (bitkilərin tozlanması, ətraf mühitin təbii sanitarı və s.);

heyvanlar aləmindən onların həyat fəaliyyətini təşkil edən məhsulların əldə edilməsi məqsədilə istifadə olunması;

heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi.

Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə heyvanlar aləmi obyektlərinin digər istifadə növləri də müəyyən oluna bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver