Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Ovçuluq

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur.

Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri, fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir.

Ovçuluq təsərrüfatının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir.

Vəhşi heyvanların ov obyektlərinə aid edilməsi, ov yerlərinin ayrılması, ovçuluq təsərrüfatının təşkili və onun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver