Su hövzələrində balıq və digər su bioresurslarından istifadə balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədi ilə həyata keçirilir.
Balıq və digər su bioresurslarından istifadə üçün su hövzələrinin ayrılması, balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun qaydaları Azərbaycan Respublikasının balıqçılıq və su qanunvericiliyi ilə tənzimlənir.